Bu ilin birinci yarısında “Meqa Həyat Sığorta” ASC-nin gəlirləri 9,8 milyon manat olmaqla, ötən ilin ilk yarısına nəzərən 1,3 milyon manat və ya 15,3% artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri 14,9 milyon manata bərabər olub ki, bu da, illik müqayisədə 6,9 milyon manat və ya 84% daha çoxdur.
Bundan başqa, invstisiya gəlirləri 1,5 milyon manat, digər gəlirləri 16,4 min manat təşkil edib. Sığorta ehtiyatlarının dəyişilməsinə 6,7 milyon manat sərf olunub.
Bu dövrdə şirkətin cəmi xərcləri 7,3 milyon manat olmaqla, illik müqayisədə 778,6 min manat və ya 12% çox olub. Xərclərin 3,9 milyon manatını əsas əməliyyat xərcləri, 3,3 milyon manatını işlərin aparılması xərcləri tutub.
Bu ilin ilk yarısında şirkətin maliyyə mənfəəti 2,6 milyon manat, mənfəət vergisi xəro 511,7 min manat təşkil edib. Yekunda şirkət altı ayda 2 milyon 46 min manat xalis mənfəət əldə edib ki, bu da, ötən ilin birinci yarısında olan 1 milyon 613 min xalis mənfəətdən 434,1 min manat, yaxud da 26,8% daha çoxdur.
Bu ilin ilk yarısının sonunda “Meqa Həyat Sığorta” ASC-nin aktivlərinin həcmi 44,5 milyon manat təşkil edib. Bu, ötən ilin sonuna nəzərən 8,6 milyon manat (24%) daha çoxdur. Aktivlərin böyük hissəsi – 40,2 milyon manatı investisiyaların, 790,9 min manatı nağd pul vəsaitləri və onların ekvivalentlərinin, 2,2 milyon manatı debitor borclarının payına düşüb.
Hesabat dövrünün sonunda şirkətin cəmi öhdəlikləri 26,5 milyon manat olmaqla, son altı ayda 6,8 milyon manat (34,5%) artıb. Öhdəliklərin 22,1 milyon manatı sığorta ehtiyatlarının, 1,8 milyon manatı kreditor borclarının, 2,6 milyon manatı digər öhdəliklərin payına düşüb.
Nəticə olaraq, cari ilin iyun ayının sonunda “Meqa Həyat Sığorta” ASC-nin cəmi kapitalı 17,9 milyon manat olub. Bu da, ötən ilin sonundakı 16,2 milyon manatlıq kapitaldan 1,7 milyon manat və ya 10,5% daha çoxdur. Kapitalın 11 milyon manatı nizamnamə kapitalının, 6,9 milyon manatı bölüşdürülməmiş mənfəətin payına düşüb.











![“Meqa Həyat Sığorta” ASC mənfəətini artırmaqda davam edir – [red]ŞİRKƏT BİR AZ DA BÖYÜYÜB - HESABAT[/red] | FED.az](/upload/news/small/1312115.jpg)
![“Meqa Həyat Sığorta” ASC mənfəətini artırmaqda davam edir – [red]ŞİRKƏT BİR AZ DA BÖYÜYÜB - HESABAT[/red] | FED.az](/upload/news/small/2963276.jpeg)
![“Meqa Həyat Sığorta” ASC mənfəətini artırmaqda davam edir – [red]ŞİRKƏT BİR AZ DA BÖYÜYÜB - HESABAT[/red] | FED.az](/upload/news/small/3746312.jpeg)
![“Meqa Həyat Sığorta” ASC mənfəətini artırmaqda davam edir – [red]ŞİRKƏT BİR AZ DA BÖYÜYÜB - HESABAT[/red] | FED.az](/upload/news/small/2372611.jpeg)
![“Meqa Həyat Sığorta” ASC mənfəətini artırmaqda davam edir – [red]ŞİRKƏT BİR AZ DA BÖYÜYÜB - HESABAT[/red] | FED.az](/upload/news/small/3962700.jpeg)
![“Meqa Həyat Sığorta” ASC mənfəətini artırmaqda davam edir – [red]ŞİRKƏT BİR AZ DA BÖYÜYÜB - HESABAT[/red] | FED.az](/upload/news/small/3188825.jpeg)









