Sığorta sektorunun əsas iştirakçısı olan, xüsusilə də qeyri-həyat sığortası üzrə bazarda lider olan sığorta şirkəti “PAŞA Sığorta” ASC bu ilin ilk yarısında 191,8 milyon manat gəlir əldə edib.
“PAŞA Sığorta” I yarımildən 15 milyon manata yaxın - XALİS MƏNFƏƏTLƏ ÇIXDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 38,6 milyon manat və ya 25,2% artıb.
Bu dövrdə şirkətin əməliyyat gəlirləri 27,1 milyon manat (14,8%) artaraq 210 milyon manata, investisiya gəlirləri 5,2 milyon manat (61,2%) artaraq 13,7 milyon manata, digər gəlirləri 380 min manat artaraq 1,6 milyon manata bərabər olub. Xais sığorta ehtiyatlarının dəyişməsi şirkətə 33,4 milyon manata başa gəlib.
Hesabat dövründə şirkətin xərcləri ötən ilin ilk yarısında nəzərən 39,5 milyon manat (29,5%) artaraq 173,6 milyon manata çatıb.
Şirkətin əsas əməliyyat xərcləri 132,2 milyon manat, işlərin aparılması xərcləri 40,8 milyon manat, digər xərcləri 680,9 milyon manata bərabər olub.
“PAŞA Sığorta”nın maliyyə mənfəəti 18,2 milyon manat, mənfəət vergisi xərci 3,6 milyon manat təşkil edib. Nəticə olaraq, ilin ilk yarısında şirkət 14,5 milyon manat xalis mənfəət əldə edib.
Bu ilin ilk yarısının sonunda sığorta şirkətinin cəmi aktivləri 468,8 milyon manat təşkil edib. Aktivlərin həcmi ötən ilin sonundan bəri 84,4 milyon manat və ya 22% artıb. Şirkətin investisiyalarının həcmi 272,3 milyon manat, debitor borclarının həcmi 64 milyon manat, pul vəsaitləri və onların ekvivalentlərinin həcmi 17 milyon manat təşkil edib.
Hesabat dövrünün sonunda şirkətin cəmi öhdəlikləri 370,1 milyon manat olmaqla, ötən ilin sonuna nəzərən 82,2 milyon manat, yaxud da 28,6% artıb. Öhdəliklərin 310,7 milyon manatı sığorta ehtiyatlarının, 48,5 milyon manatı kreditor borclarının payına düşüb.
Yekunda 2026-cı ilin ilk yarısının sonunda “PAŞA Sığorta” ASC-nin cəmi kapitalı 98,7 milyon manat təşkil edib ki, bu da, son altı ayda 2,3 milyon manat və ya 2,4% daha çoxdur. Kapitalın 50 milyon manatı nizamnamə kapitalının, 48,7 milyon manatı bölüşdürülməmiş mənfəətin payına düşüb.











![“PAŞA Sığorta”dan 15 milyon manat mənfəət – [red]ŞİRKƏT 6 AYDA KƏSKİN BÖYÜYÜB - HESABAT[/red] | FED.az](/upload/news/small/4269250.png)
![“PAŞA Sığorta”dan 15 milyon manat mənfəət – [red]ŞİRKƏT 6 AYDA KƏSKİN BÖYÜYÜB - HESABAT[/red] | FED.az](/upload/news/small/3707689.jpeg)
![“PAŞA Sığorta”dan 15 milyon manat mənfəət – [red]ŞİRKƏT 6 AYDA KƏSKİN BÖYÜYÜB - HESABAT[/red] | FED.az](/upload/news/small/2085009.jpeg)
![“PAŞA Sığorta”dan 15 milyon manat mənfəət – [red]ŞİRKƏT 6 AYDA KƏSKİN BÖYÜYÜB - HESABAT[/red] | FED.az](/upload/news/small/3045875.jpeg)
![“PAŞA Sığorta”dan 15 milyon manat mənfəət – [red]ŞİRKƏT 6 AYDA KƏSKİN BÖYÜYÜB - HESABAT[/red] | FED.az](/upload/news/small/46968.jpeg)









