2026-cı il 01 iyul tarixinə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 23.830,6 milyon manat və ya 2026-cı il üzrə 130.873,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 18,2 faizini təşkil etmişdir.
Azərbaycanın xarici dövlət borcu – 400 MİLYON DOLLAR AZALIB
Bu barədə FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Ümumi dövlət borcunun 7.848,6 milyon manatı (4.616,8 milyon ABŞ dolları) və ya 32,9 faizi xarici dövlət borcunun, 15.982,0 milyon manatı və ya 67,1 faizi daxili dövlət borcunun payına düşür.
Dəyişkən faiz dərəcəli borcun ümumi borc portfelində payı
2026-cı il 01 iyul tarixinə Strategiyada nəzərdə tutulan faiz dərəcəsi riskinin məqbul səviyyədə saxlanılması məqsədilə dəyişkən faizli borcun ümumi borc portfelində payının 50 faizi keçməməsi üzrə yuxarı hədd 2026-cı ilin birinci yarımili ərzində gözlənilmişdir. Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər ümumi borc portfelinin 16,3 faizini təşkil etmişdir.
Dövlət büdcəsinin borca xidmət xərclərinin dövlət büdcəsi xərclərindəki payı
Strategiyada nəzərdə tutulan ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinin 10 faizindən artıq olmaması üzrə yuxarı hədd 2026-cı ilin birinci yarımili ərzində gözlənilmişdir. Belə ki, dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 5,6 faiz təşkil etmişdir.
Xarici dövlət borcu - Borcun strukturu
2026-cı il 01 iyul tarixinə xarici dövlət borcu 4.616,8 milyon ABŞ dolları və ya 2026-cı il üzrə 130.873,5 milyon manat (76.984,4 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırlan ÜDM-in 6,0 faizini təşkil etmişdir. Xarici dövlət borcu 2026-cı ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 196,7 milyon ABŞ dolları və ya 4,1 faiz azalmışdır. 2026-cı ilin birinci yarımili ərzində kredit sazişləri çərçivəsində 57,1 milyon ABŞ dolları məbləğində vəsaitin istifadə edilməsi və xarici valyuta məzənnələrinin ABŞ dollarına münasibətdə zəifləməsi nəticəsində xarici dövlət borcunun ABŞ dolları ifadəsində 20,4 milyon ABŞ dolları məbləğində azalması müqabilində 233,4 milyon ABŞ dolları vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirmişdir. 2026-cı ilin 01 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2026-cı ilin əvvəli ilə müqayisədə 0,3 faiz bəndi azalmışdır.
Faiz növləri üzrə bölgü
Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,4 faizini, sabit dərəcə ilə olanlar isə 50,6 faizini təşkil etmişdir.
Kreditorlar üzrə bölgü
2026-cı ilin 01 iyul tarixinə xarici dövlət borcu portfelinin 35,7%-i Asiya İnkişaf Bankının, 30,0%-i avrobondların, 12,9%-i Dünya Bankının, 21,4%-i isə İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnfrastruktur və İnvestisiya Bankı və digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.
Ölkənin strateji valyuta ehtiyatlarının xarici dövlət borcuna nisbəti
2026-cı ilin 01 iyul tarixinə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 85,8 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 18,6 dəfə üstələyir.
Ödəmə müddəti üzrə bölgü
Xarici dövlət borcunun 59,5 faizi 5 ilə qədər olan müddətdə, 34,9 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,6 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici dövlət borcunun Orta Ödəmə Müddəti
Mövcud kredit müqavilələri və avrobondlar üzrə geri ödəniş qrafiklərinə uyğun olaraq xarici dövlət borcunun Orta Ödəmə Müddətinin göstəricisi 4,8 il təşkil edir.
Valyuta üzrə bölgü
2026-cı il 01 iyul tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 86,4 faiz, avro – 6,1 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 2,9 faiz, yapon yeni – 3,1 faiz, digər valyutalar – 1,5 faiz.
Xarici borclar üzrə ödənişlər
2026-cı ilin 01 iyul tarixinə dövlət büdcəsi hesabına xarici borclar üzrə 290,7 milyon ABŞ dolları məbləğində əsas borc, 102,7 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilmişdir.
Avrobondlar üzrə məlumat
2026-cı il 01 iyul tarixinə xarici dövlət borcu portfelinin 30,0 faizini və ya 1.387,3 milyon ABŞ dolları məbləğində hissəsini beynəlxalq maliyyə bazarında ticarət olunan xarici valyuta nominallı dövlət istiqrazları (avrobondlar) təşkil edir. Hesabat tarixinə beynəlxalq maliyyə bazarında ticarət olunan dövlət istiqrazları barədə məlumatlar aşağıdakı cədvəldə təqdim olunur
İcraçı qurumlar üzrə bölgü
2026-cı ilin 01 iyul tarixinə xarici dövlət borcu portfelinin 43,6 faizi hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 56,4 faizi isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.
Kreditor növləri üzrə bölgü
2026-cı il 01 iyul tarixinə xarici dövlət borcunun 59,8 faizi çoxtərəfli maliyyə institutları üzrə, 30,0 faizi avrobondlar üzrə, 10,2 faizi isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşür.
Daxili dövlət borcunun illər üzrə dinamikası
2026-cı il 01 iyul tarixinə daxili dövlət borcu 15.982,0 milyon manat və ya 2026-cı il üzrə 130.873,5 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 12,2 faizini təşkil etmişdir. Daxili dövlət borcu 2026-cı ilin əvvəli ilə müqayisədə 1.822,5 milyon manat və ya 10,2 faiz azalmışdır. 2026-cı il 01 iyul tarixinə daxili dövlət borcunun ÜDM-ə nisbəti 2026-cı ilin əvvəli ilə müqayisədə 1,6 faiz bəndi azalmışdır.
Borcun strukturu
2026-cı il 01 iyul tarixinə daxili dövlət borcunun 7.234,6 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8.747,4 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.
Dövriyyədə olan dövlət qiymətli kağızların həcmi
Strategiyaya uyğun olaraq daxili maliyyə bazarının inkişafının dəstəklənməsi məqsədilə, habelə xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi çərçivəsində 2018-ci il ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızların həcmi təqribən 6,8 dəfə artaraq 2026-cı il 01 iyul tarixinə 7.234,6 milyon manata çatmışdır.
Dövlət istiqrazları üzrə ödənişlər
2026-cı ilin birinci yarımili ərzində dövlət büdcəsində nəzərdə tutulmuş daxili dövlət borcuna xidmət xərclərindən dövlət istiqrazları üzrə faiz və diskont ödənişlərinin yerinə yetirilməsinə 275,9 milyon manat məbləğində vəsait istifadə edilmişdir. Eyni zamanda 1.971,9 milyon manat məbləğində dövlət istiqrazları üzrə vaxtı çatmış əsas borc vəsaiti investorlara geri ödənilmiş, habelə 200 milyon manat məbləğində dövlət istiqrazları daxili maliyyə bazarında yerləşdirilmişdir.
Dövriyyədə olan dövlət qiymətli kağızların ödəmə müddəti üzrə bölgüsü
Hesabat tarixinə dövriyyədə olan 7.234,6 milyon manat məbləğində dövlət qiymətli kağızların 51,6 faizi 5 ilədək, 48,4 faizi isə 5 il və daha artıq müddətli qiymətli kağızların payına düşür.
2025-ci ildə ortamüddətli dövlət istiqrazlarının dövriyyə müddəti əsasən 5-10 il olan dövlət istiqrazları ilə əvəz olunması, cari ilin 1 iyul tarixinə qısamüddətli dövlət istiqrazlarının ödənilərək dövriyyədən çıxarılması və daxili maliyyə bazarında uzunmüddətli dövlət istiqrazlarının yerləşdirilməsi dövlət istiqrazları üzrə Orta Ödəmə Müddətinin (OÖM) artaraq 3,86 il təşkil etməsinə səbəb olmuşdur.
Dövlət zəmanətli borc
2026-cı il 01 iyul tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici dövlət zəmanətli borc) 7.232,3 milyon manat və ya 2026-cı il üzrə 130.873,5 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 5,5 faizini təşkil etmişdir. Dövlət zəmanətinin 4.928,0 milyon manatı (2.898,8 milyon ABŞ dolları) və ya 68,1 faizi xarici dövlət zəmanətli kreditlərin, 2.304,3 milyon manatı və ya 31,9 faizi isə daxili dövlət zəmanətli kreditlərin payına düşür. Xarici dövlət zəmanətli borcun əhəmiyyətli dərəcədə azalmasının səbəbi “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət zəmanəti ilə cəlb edilmiş 2.000,0 milyon ABŞ dolları məbləğində xarici valyuta nominallı istiqrazların geri qaytarılması olmuşdur.
Valyuta üzrə bölgü
2026-cı il 01 iyul tarixinə dövlət zəmanətli borc portfelinin valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 52,8 faiz, avro – 22,0 faiz, manat – 17,9 faiz, yapon yeni – 5,0 faiz, digər valyutalar – 2,3 faiz.
Ödəmə müddəti üzrə bölgü
Dövlət zəmanətli borcun 65,5 faizi 5 ilə qədər olan müddətdə, 21,5 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 13,0 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır
Faiz növləri üzrə bölgü
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 46,9 faizini sabit, 53,1 faizini dəyişkən faiz dərəcəli borc təşkil edir.














