Azərbaycanda maaş və pensiyaların istənilən bankdan alınması ilə bağlı yenilik sentyabr-oktyabrdan başlayacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuata müsahibəsində bildirib (müsahibənin tam mətni).
Onun sözlərinə görə, artıq artıq sentyabr-oktyabr aylarında xüsusilə maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq edəcəyik. Hal-hazırda texniki işlər görülür. Bu da rəqabətliliyin artırılmasına əminəm ki, təkan verəcək.















