Bu ilin ilk yarısında “Meqa Sığorta” ASC-nin gəlirləri 17 milyon 13 min manat olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 925 min manat və ya 5,7% artıb.
“Meqa Sığorta” birinci rübün nəticələrini açıqladı – ŞİRKƏT MƏNFƏƏTDƏDİR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu dövrdə şirkətin gəlirlərinin böyük hissəsini – 16 milyon 295 min manatını əsas əməliyyat gəlirləri tutub. Bu gəlirlər illik müqayisədə 703,2 min manat (4,5%) artıb.
Bundan başqa, investisiya gəlirləri 212,8 min manat (20%) artaraq 1 milyon 279 min manata, digər gəlirlər 240,5 milyon manat digər gəlirlər tutub. Xalis sığorta ehtiyatlarının dəyişməsi şirkətə 800,7 min manata başa gəlib.
Hesabat dövründə şirkətin cəmi xərcləri 16 milyon 440 min manat olmaqla, ötən ilin müvafiq dövrünə nəzərən 1 milyon 929 min manat, yaxud da 13,3% artıb. Xərclərin 10 milyon 286 min manatını əsas əməliyyat xərcləri, 6 milyon 142 min manatını işlərin aparılması xərcləri, 12,2 min manatını digər xərclər tutub.
Şirkətin mənfəət vergisindən əvvəlki mənfəəti 573,1 min manat, mənfəət vergisi xərci 114,6 min manat təşkil edib. Nəticə olaraq şirkət bu ilin ilk yarısını 458 min 505 manat xalis mənfəətlə bağlayıb.
Hesabat dövrünün sonunda şirkətin cəmi aktivləri 58 milyon 417 min manat təşkil edib. Bu da, ötən ilin sonu ilə müqayisədə 945 min manat və ya 1,6% artıb. Aktivlərin 2 milyon 742 min manatını pul vəsaitləri və onların ekvivalentləri, 45 milyon 184 min manatını investisiyalar, 7 milyon 500 min manatını debitor borcları təşkil edib.
Bəhs olunan dövrdə sığorta şirkətinin cəmi öhdəlikləri 28 milyon 417 min manat olmaqla, ötən ilin sonuna nəzərən 680 min manat (2,5%) artıb. Öhdəliklərin 23 milyon 993 min manatı sığorta ehtiyatlarının, 4 milyon 51 min manatı kreditor borclarının payın düşür.
Yekunda 2026-cı ilin birinci yarısında “Meqa Sığorta” ASC-nin cəmi kapitalı 30 milyon manata bərabər olub. Bu da, ötən ilin sonundan bəri 266 min manatlıq artım deməkdir. Kapitalın 23 milyon manatı nizamnamə kapitalının, 7 milyon manatı bölüşdürülməmiş mənfəətin payına düşüb.











![“Meqa Sığorta”nın gəlirləri 17 milyonu ötdü – [red]ŞİRKƏTİN AKTİVLƏRİ BÖYÜYÜR - HESABAT[/red] | FED.az](/upload/news/small/1486989.jpg)
![“Meqa Sığorta”nın gəlirləri 17 milyonu ötdü – [red]ŞİRKƏTİN AKTİVLƏRİ BÖYÜYÜR - HESABAT[/red] | FED.az](/upload/news/small/2156348.jpeg)
![“Meqa Sığorta”nın gəlirləri 17 milyonu ötdü – [red]ŞİRKƏTİN AKTİVLƏRİ BÖYÜYÜR - HESABAT[/red] | FED.az](/upload/news/small/4423327.jpeg)
![“Meqa Sığorta”nın gəlirləri 17 milyonu ötdü – [red]ŞİRKƏTİN AKTİVLƏRİ BÖYÜYÜR - HESABAT[/red] | FED.az](/upload/news/small/4398973.jpeg)
![“Meqa Sığorta”nın gəlirləri 17 milyonu ötdü – [red]ŞİRKƏTİN AKTİVLƏRİ BÖYÜYÜR - HESABAT[/red] | FED.az](/upload/news/small/4082680.jpeg)









