Ekologiya və Təbii Sərvətlər Nazirliyi ov etmək qadağan olunan ərazilərin adlarını açıqlayıb.
ELƏCƏ DƏ BAX: Ovlanmasına icazə verilən heyvanların SİYAHISI AÇIQLANDI
Nazirlikdən FED.az-a verilən məlumata görə, bu ərazilər aşağıdakılardır:
- Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və cəbhə zonasına yaxın inzibati rayonların əraziləri;
- Xəzər dənizinin adaları;
- yaşıl zonalar;
- şəhər və kurortlara 1,5 kilometrə qədər yaxın sahələr;
- xüsusi mühafizə olunan ərazilər;
- sanitar-mühafizə zonaları.