Türkiyənin Xəzinə və Maliyə naziri Berat Albayrak lirənin uculaşması ilə bağlı açıqlama verib.FED.az xəbər verir ki, nazir deyib:
Məzənnənin dalğalanması, bir hücumun göstəricisidir. Qlobal maliyyə sisteminin ən böyük oyunçusunun başladığı bu hücum, bütün inkişaf etməkdə olan ölkələrdə oxşar vəziyyəti ortaya çıxarır və çıxarmağa davam edir.
Albayrak, bu vəziyyəti Rusiyanın da yaşadığını, ancaq çox güclü bir toparlanma yaşadığını da xatırladıb:
"Ölkəmizin valyutasının birbaşa ABŞ prezidenti tərəfindən hədəf alındığı belə bir şəraitdə, bu gün baş verənləri Türkiyə iqtisadiyyatının kövrək olması ilə əlaqələndirmək doğru deyil".
Albayrak, eyni zamanda bildirib ki, məzənnədəki dalğalanmaya qarşı yeni bir plan hazırladıqlarını bildirib:
"Banklarımız ilə birlikdə məzənnədəki bu dalğalanmadan ən çox mənfi təsir görən təbəqə olan real sektor şirkətlərimizin vəziyyətləri ilə bağlı hərəkət planımızı hazırlamışıq. Banklarımız və Bank Bazarını Tənzimləyən Orqan(BDDK) ilə birlikdə lazımi tədbirləri operativ şəkildə görəcəyik"
Berat Albayrak onu da bildirib ki, lazım olan addımların artıq atılmağa başlanıb:
"Bazar ertəsi səhərdən etibarən bazarları sakitləşdirmək məqsədilə qurumlarımız lazımi addımları atacaq və bu barədə lazımi məlumatları bazar ilə bölüşəcəklər. Dediyim kimi, bütün tədbir və hərəkət planlarımız hazırdır".
Türkiyənin maliyyə nazirindən - MƏZƏNNƏ AÇIQLAMASI
09:59
13 Avq 2018