Türkiyə milli valyutası ABŞ dolları qarşısında bir qədər də zəifləyib. FED.az xəbər verir ki, bir qədər əvvəl Asiya birjalarının fəaliyyətə başlaması ilə yeni iş həftəsinə start verilib və lirənin ötən həftənin sonunda müşahidə edilən zəifləməsi bu gün də davam etməyə başlayıb. Nəticədə ABŞ dolları 7 lirəni keçib.
Eləcə də bax: Ərdoğandan açıqlama - "DOLLARDAN İMTİNA EDƏCƏYİK"
FED.az-ın məlumatına görə, hərracların gedişində 1 dollar 7,2 lirəyə qədər yüksəlib, amma sonra bir qədər geriləyərək hələlik 7,1 lirədə sabitləşib.
Eləcə də bax: Azərbaycan iqtisadçısından Türkiyəyə təklif: «KÖMƏK EDƏ BİLƏRƏM»
Xatırladaq ki, hazırda Türkiyə ilə ABŞ arasında bir neçə məsələyə görə, gərginlik yaşanır. Bunlardan biri Türkiyədə baş verən çevriliş cəhdində ittiham edilərək həbs edilən rahib Endryü Kreiq Bransonla əlaqədardır. ABŞ ultimativ formada Türkiyədək rahibin qeyd-şərtsiz buraxılmasını tələb edir. Əks halda Türkiyəy qarşı sanksiyaların tətbiq ediləcyini bildirir. Bir qədər əvvəl isə Türkiyə prezidenti ultimatum dilin qəbul etmədiyini, rahibi azad etməyəcəklərini bildirib.