Hesabata əsasən bu ilin ilk 6 ayında bankın faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən 24,93% azalaraq 17 mln 375 min manat, faiz xərcləri isə 51,15% artaraq 12 mln 245 min manata çatıb. Nəticədə bankın xalis faiz gəlirləri 2,7 dəfə azalaraq 2 mln 562 min manata enib.
“Bank Respublika”nın da vəziyyəti məlum oldu - 3 DƏFƏ ARTIB
Əvəzində bankın qeyri-faiz gəlirləri bu ilin 2-ci rübündə ötən ilə nisbətən 83,05% artaraq 6 mln 147 min manat, qeyri-faiz xərcləri 3,4% azalaraq 1 mln 179 min manata enib. Nəticədə bankın əməliyyat gəlirləri 2,57 dəfə artaraq 6 mln 291 min manata yüksəlib.
Amma bu məbləğ bankın xərcini ödəməyib. Hesabata görə ilk 6 ayda işçi heyətini saxlamaq üçün 7 milyon 14 min manat, digər inzibati xərclərə isə 4 milyon 613 min manat sərf edilib.
Nəticədə bank 2018-ci ilin 2-ci rübünü 2 mln 774 min manat zərərlə başa vurub.
Xatırladaq ki, bank 2016 və 2017-ci illəri də zərərlə bitirib. Belə ki, 2016-cı ildə bankın zərəri 14 mln 5 min manat, 2017-ci ildə isə 6 mln 341 min manat olub. Bank ən son illik mənfəəti 2015-ci ildə görüb – cəmi 444 min manat.
Xatırladaq ki, «Muğanbank» ölkə bankları arasında ən böyük filial şəbəkəsinə malik olan banklardandır. Bankın 50-yə yaxın filialı var. Amma göründüyü kimi, bu da onun zərərdən çıxmasına kömək etməyib.
«Muğanbank»-ın “Balans” hesabatına əsasən, 2018-ci ilin 2-ci rübündə bankın cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 19,36% artaraq 486 mln 363 min manat olub. Müştərilərə verilən kreditlər 12,92% artaraq 370 mln 363 min manata çatıb.
Cəmi öhdəliklər isə bu ilin 2-ci rübündə ötən ilin eyni dövrünə nisbətən 22,14% artaraq 420 mln 121 min manat olub. Bankın cəmi kapitalı 4,2% artaraq 66 mln 242 min manata yüksəlib.