FED.az xəbər verir ki, 1 iyun 2018-ci il saat 11.00-da Bakıxanov-Çörək” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncağın gündəliyi:
1. Cəmiyyətin illik hesabatının təsdiqi.
2. Cəmiyyətin müşahidə şurasının seçilməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi ilə bağlı materiallarla Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 26 B nömrəli ünvanda iş günləri saat 10.00-dan 16.00-dək tanış ola bilərlər.
Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.
Ünvan:Bakı, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 37A, Badukubə şadlıq evi.