Rusiyaya yeni sanksiyalar, Suriyadakı kimyəvi hücum mövzusu və vəziyyətin daha da kritik şəkil alacağı qorxusu nəticəsində xarici investorlar sürətdə Rusiya rublundan yaxa qurtarmağa başlayıblar. Nəticədə Rusiyada dollar və avro bahalaşır, rulb isə dəyərdən düşür.
Eləcə də bax: Azərbaycanda da dollar bahalaşa bilərmi? - EKSPERTDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, bu gün Rusiyada dolların məzənnəsi 2016-cı ilin dekabrından bəri ilk dəfə olaraq 64 rubla, avronun məzənnəsi isə 79 rubla yaxınlaşıb.
Moskva birjasında ticarət başlanmasının elə ilk dəqiqələrində cə rubl ucuzlaşıb və dollar 61 rubla qalxıb.Daha bir saat ərzində dollar 62 və 63 rubla yüksəlib və son nəticədə 63,95 rubl olub. Avronun məzənnəsi isə bir gün əvvəllə müqayisədə 3,82 rubl artaraq 78,87 rubla qalxıb.
Sonradan vəziyyət bir qədər sabitləşib, dollar 62,25 rubl, avro isə 76,88 rublda möhkəmlənib.
Rublun qara günləri başlayıb – SÜRƏTLƏ UCUZLAŞIR
15:33
10 Aprel 2018