.Hazırda post-neft dövürünün fundamenti qoyulur.
FED.az xəbər verir ki, o, bu fikirləri İqtisadi İslahatlar Mərkəzinin rəhbəri Vüsal Qasımlı “Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin təqdimatında bildirdi.
V.Qasımlı qeyd etdi ki, maliyyə-bank sektorunda kreditləşmə və kapitalizasiya ilə bağlı müsbət trendlər müşahidə olunur: “2016-2017-ci illər dərin islahatlar ili oldu və bundan sonra hansı sektorlar ölkə iqtisadiyyatı üçün lokomativ sektorlar müəyyən edildi. Birinci istiqamət alüminium və polad sənayesidir hazırda bu sahələr inkişaf edir və yüngül sənayenin inkişafı üçün bu sahə mühüm əhəmiyyət daşıyır. İkinci sahə kənd təsərrüfatıdır və burada pambıqçılıq, üzümçülük, kartofçuluq inkişaf edir.
Eləcə də bax: "Təəssüf ki, bugünədək Azərbaycanda bu sistem olmayıb"
Üçüncü sahə olan xidmət sektorunda turizm önə çıxıb. Azərbaycan artıq kosmis xidmətlər də ixrac edir və biz dünyanın nəhəng ölkələrinə pullu xidmət ixrac edirik. Dördüncü logistikadır və burada da böyük artım var. V.Qasımlı biildirdi ki, artıq artım nöqtələri müəyyənləşib və bundan sonra maliyyə bank sektorunun təşəbbüsü öz üzərinə götürməsi lazım idi və Azərbaycan özünəməxsus modeli seçdi.
Neftdən sonrakı dövrün bünövrəsi qoyulur
12:23
15 Mart 2018