“Unibank” istehlak kredit riskləri şöbəsi işçi axtarır.
Başlıca öhdəliklər və məsuliyyətlər:
-
İstehlak kredit riskləri üzrə portfel təhlili;
-
Risk limitlərinin təyin olunması və limitlərə nəzarət;
-
Vintaj, PD, LGD modelləşməsi;
-
Dövri olaraq hesabatların hazırlanması və təhlili.
Namizədin Profili:
-
İqtisadiyyat, Maliyyə, Riyaziyyat və ya müvafiq sahədə bakalavr dərəcəsi
-
Yüksək səviyyədə Microsoft office proqramları bilikləri;
-
Statistika və Ekonometrika sahələri üzrə biliklər;
-
Proqramlaşdırma üzrə biliklərə sahib olması arzuolunandır (SQL, VBA, statistik proqramlar);
-
Analitik düşünmə və riyazi hesablama qabiliyyəti;
-
Yeni nəzəri və praktiki bilikləri mənimsəmək qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə -ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (İstehlak kredit riskləri şöbəsi) göstərməyiniz xahiş olunur.