Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) növbəti özəlləşdirmə hərracı keçirib.
Komitədən FED.az-a verilən məlumata görə, bu dəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, müxtəlif markalı avtomobillərə alıcı marağı yüksək olub. Özəlləşdirilməyə çıxarılan «Kia Sportage» nəqliyyat vasitəsinə 5 sifariş verilib. İlkin start qiyməti 4000 manata olan bu avtomobil ən son 10 min 300 manata özəlləşdirilib. Eyni tendensiya «Daewoo Leganza» markalı avtomobilin hərracında da müşahidə edilib. Belə ki, ilkin start qiyməti 1127 manata olan Daewoo Leganza 1900 manata sahibini tapıb.
Buna da baxın: Bakıda 9 min manata obyekt satılıb
4 min manata deyilən «KİA Sportage» 10 minə satıldı – RƏQABƏTLİ HƏRRAC
14:57
31 Okt 2017