29 iyul 2019 16:50

Azərbaycandan çıxışa 9 qurum qadağa qoya bilər – SİYAHI, NECƏ YOXLAMALI? 

Yay mövsümündə xarici ölkələrə səyahətə və ya digər məqsədlərlə gedən vətəndaşların bəzən rastlaşdığı problemlərdən biri  - ölkədən çıxışa qadağa (STOP) qoyulmasıdır.  Hazırda Azərbaycan vətəndaşlarının ölkədən çıxışına 9 qurum qadağa qoya bilər. 
FED.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri, İKT məsələləri üzrə ekspert Osman Gündüz məlumat verib. 
Qeyd edək ki, ölkədən çıxışa qadağa müxtəlif səbəblərdən - məhəmə qərarı, öhdəliyin yerinə yetirilməməsi, cərimənin ödənilməməsi və sairdən ola bilər. 
Eləcə də bax:Restoranlarda ərəblər üçün bahalı menyu barədə - RƏSMİ AÇIQLAMA


Ekspert Azərbaycanda ölkədən çıxış qadağası və bununla bağlı vətəndaşların əvvəlcədən məlumatlandırılması sisteminin  qurulmasını vacib sayır. O.Gündüz yazır: 

«Ölkədən çıxışa qoyulan qadağanı necə öyrənmək olar ?
Bəzən olur ki kimsə xaricə getmək üçün Hava Limanına və ya hanssıa sərhəd buraxılış məntəqəsinə yaxınlaşanda məlum olur ki onun ölkədən çıxışına STOP qoyulub.
İndiki halda bunu elektron formada qabaqcadan öyrənmək mümkündürmü ?
Təəssüf ki hələlik yalnız iki qurumdan və yalnız ödənilməyən borclarla bağlı vətəndaşa ölkədən çıxışa qoyulan qadağanı qabaqcadan onlayn fromada öyrənmək olar.
Borcla bağlı STOP qoyulmasını öncədən Ədliyyə Nazirliyi və DİN-nin elektron xidmətləri vasitəsilə öyrənmək olar.
Digər hallarda tətbiq edilən STOP qadağası haqqında məlumatı qabaqcadan elektron fromada əldə etmək , indiki halda mümkün deyil.
myGov platforması vətəndaşlara STOP-la bağlı belə xidmət, məlumatlandırma təqdim edə bilərmi ? 
Əlbəttə mümkündür.Artıq bəzi dövlət xidmətləri ilə bağlı bu tip oxşar məlumatlandırma myGov tərəfindən təqdim edilir.
Hazırda qanunvericiliyə görə aşağıdakı qurumlar STOP qadağası ("Sərhədkeçməyə məhdudiyyət siyahısı") tətbiq edə bilər :
1.Ədliyyə Nazirliyi 
2.DİN
3.FHN
4.Vergilər Nazirliyi
5.Baş Prokurorluq
6.DSX
7.DTX
8.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
9.DGK
DSX-nın özəl informasiya sistemi olmadığından STOP qadağası DİN-nin tabeliyində olan İAMAS (“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə həyata keçirilir. 
Yəni, çıxışına qadağa qoyulan şəxsin ad və soyadı buradakı STOP siyahısına əlavə olunur.
DSX əməkdaşı sərhədi keçmək istəyənin ad və soyadını DİN-nin bu sisteminə daxil etdikdə STOP qoyulan vətəndaşla bağlı məlumat görsənir.

Düşünürəm ki ASAN, daha doğrusu Elektron Hökumətin İnkişafı Mərkəzi adı çəkilən qurumla birgə myGov üzərindən bu xidməti təqdim edə bilər. 

Əgər STOP-la bağlı məlumat İAMAS-da qabaqcadan varsa onun öncədən də myGov-da qeydiyyatdan keçən vətəndaşın telefonuna göndərilməsi, düşünürəm ki problem olmamalıdır. 
Lazım gələrsə bu sistemin Əsasnaməsində də bununla bağlı hansısa dəyişiklik etmək mümkündür.
myGov-da qeydiyyatdan keçən vətəndaşlara hazırda bir sıra xidmətlər, etibarnamələrin, pasportun və ya sürücülük vəsiqəsinin vaxtınnın bitməsi haqqında məlumatlandırma və s xidmətlər təqdim edilir.
Eyni qayda ilə düşünürəm ki müvafiq informasiya sistemləri arasında inteqrasiyanı təmin etməklə myGov üzərindən STOP-la bağlı məlumatlandırmanı da vətəndaşa təqdim etmək olar.
Ümid edirəm yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq».
   www.bilikli.net

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz