Sığorta sektoru ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına daxil olan şikayətlər əsasən zərərin düzgün qiymətlənlirilməməsi və sığorta ödənişinin verilməməsi ilə bağlıdır. FED.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta nəzarəti departamentinin direktoru Firdovsi Ağaşirinov bildirib.
Eləcə də bax: Binaların yarımçıq qalması və həkim səhvləri - SIĞORTALANACAQ
Onun sözlərinə görə, sığorta ödənişlərinin verilməməsi ilə bağlı şikayətlər də kifayət qədər olsa da, onların əksəriyyəti haqsızdır: «Məsələn, adamlar içkili olur, qəza törədirlər, ödənişdən imtina eildikdə isə şikayət edirlər. Bu məsələlər Palatada müzakirə edilir».
Deparlament rəhbəri bilirir ki, bundan başqa, sığorta şirkətlərni aldatmağa cəhdlər də edilir: «Baxırıq kamerada hadisə tamamilə başqa formada baş verib, gətirilən aktda – Forma-4-də isə başqa formada baş verdiyi əks olunur. Yəni kamera bir şey, Forma-4 başqa şey göstərir. Belə hallarda biz hüquq mühafizə orqanlarına müraciət edirik».