2019-cu ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 2065,9 min nəfər olub.
Eləcə də bax: AZAL - ın bu il Tbilisiyə daşıdığı sərnişinlərin sayı - MƏLUM OLUB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 39,5 faizi İrana, 27,0 faizi Gürcüstana, 18,3 faizi Rusiya Federasiyasına, 9,8 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə getmişdir. Gedənlərin 66,4 faizi kişilər, 33,6 faizi isə qadınlar olmuşdur.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 73,6 faiz, Gürcüstana gedənlərin sayı 10,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 5,6 faiz, Türkiyəyə gedənlərin sayı isə 0,1 faiz artmışdır.
Cari ilin yanvar-may aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,8 faizi dəmir yolu və avtomobil, 15,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.