11 iyun 2019 17:00

Bank rəhbərindən Vahid Əhmədovun "kredit faizi niyə yüksəkdir" - SUALINA CAVAB

Bankların aşağı faizlə əmanət qəbul edib, yüksək faiz kredit verməsi məsələsinə bank rəsmisi tərəfindən münasibət bildirilib.

FED.az xəbər verir ki, AccessBank-ın təşkilatçılığı ilə keçirilən biznes forumda Bankın İdarə Heyətinin sədri Anar Həsənov bankların aşağı faizlə depozit qəbul edib yüksək faizlə kredit vermələri məsələsini şərh edərkən bildirib ki, bu fərq hər banka görə dəyişir. 

Anar Həsənov bildirib ki, depozit və kredit faizləri arasında belə böyük fərqin olması o qədər də real deyil və ayrı-ayrı banklarda bu göstərici fərqdir.

«Əslində inanmıкam ki, banklardakı depozit və kredit faizləri arasında 12% fərq olsun. Bu asılıdır bankların öz xərclərini və risk fktorlarını necə tənzimləməsindən. Elə banklar var ki, verilən kreditlərin 10%-ni risklərdən qorunmaq üçün ayırmalar edir. «Accessbank»da bu göstərici cəmi 2-3%-dir».

Bundan A.Həsənovun sözlərinə görə, bankların inzibati xərcləri də var: «Bankların işçi xərcləri var, elə banklar var ki, böyük şəbəkəyə malikdirlər».

Bank rəhbəri depozit və kredit faizlərinin müqayisəsi zamanı faizlərdənsə mütləq rəqəmlərin müqayisəsini düzgün sayır. Onun sözlərinə görə, haqqında danışılan 24-25% istehlak və kiçik kreditlərdədir.

Orta və böyük kreditlərdə isə faiz  dərəcələri 14-15% ətrafındadır: «Yəni böyük kreditlərdə faiz dərəcələri ilə depozit faizləri arasında cüzi fərq var». 

A.Həsənov dediklərini konkret misalla izah edib: 

Baxın, biz kiçik sahibkara, məsələn fermerə, 1000 manatlıq kredit veririksə, müştəri o pulu bir ilə qaytarırsa, o banka kreditdən əlavə təqribən 100 manat ödəyir.

Baxın, bu krediti götürən sahibkarın audit hesabatı yoxdur. Yəni onun biznesinin nə vəziyyətdə olduğunu bizim bankın əməkdaşı yoxlayır, buna görə, əməkdaşımız onun olduğu bölgəyə, müştərinin olduğu kəndə gedir, təsərrüfatına baxır, qeydlərini aparır, sonra bu məsələ bankda müzakirə olunur və sair işləri aparılır.

İndi baxın, müştəri həmin kreditə görə, banka cəmi 100 manat artıq ödəniş edir, amma bunun qarşısında bizim əməkdaş onun olduğu əraziyə gedir, onun maaşı, xərcləri nəqliyyat xərcləri və sair olur.

Ona görə də ilk baxışdan 24% faiz adama böyük gəlsə də, orda rəqəm ifadəsində böyük məbləğ yoxdur.

Bu gün bizim üçün illik 12%-lə bir milyon manat kredit vermək, min ədəd 1000 manatlıq kredit verməkdən daha sərfəlidir. Faiz dərəcəsi aşağı olsa da, bank 12%-lik böyük kreditdən daha çox pul qazanır, nəinki min ədəd 100 manatlıq kreditdən.

Xatırladaq ki, bir müddət öncə Vahid Əhmədov çıxışı zamanı bankların yüksək faizlə kredit vermələrini sərt şəkildə tənqid etmişdi.

“Əgər banklar əmanəti 12 faizlə qəbul edirlərsə, əsasla həmin əmənatlər hesabına formalaşan krediti nə üçün 25-30 faizlə verirlər? Niyə bu gün banklar real sektora kredit qoymurlar? Çünki banklar daha çox pul alveri ilə məşğul olurlar. Banklarda bu hal mövcuddur. İndi çox şeyləri açıqlamaq istəmirəm. Yəni real sektorun inkişafı üçün bank-sahibkar münasibətləri düzəlməlidir”- deyə Vahid Əhmədov bildirib.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz