Türkiyənin turizm gəlirləri 2019-cu ilin ilk rübündə keçən ilin eyni dövrünə nisbətən 4.6% artaraq 4 milyard 629 milyon 679 min dollara çatıb.
FED.az xəbər verir ki, Türkiyə Statistika Komitəsinin verdiyi məlumata görə, 2019-cu ilin ilk 4 ayında turizm gəlirlərinin 4.6% artdığı müşahidə edilib.
Beləliklə ilk 3 aydakı turizm gəlirlərinin 4 milyard 629 milyon 679 min dollar çatdığı qeyd edilib.
Eyni zamanda ölkədən çıxan ziyarətçi sayının da 8.5% artım göstərərək 6 milyon 644 min 391 min nəfər olduğu bildirilib. Bunların da 82.2%-ini xaricilər, 17.8%-ni xaricdə yaşayan türk vətəndaşların olduğu bildirilib.
Bu 4 ayda xaricilərin ortalama xərcləri 678 dollar, xaricdə yaşayan türk vətəndaşların xərcləri isə 765 dollar olub.
Türkiyənin turizm gəliri - 4,6 % ARTDI
13:11
1 May 2019