Dollarda illik 5 faiz gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının sayca 10-cu faiz ödənişi edilib və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 12 milyon 500 min dollara yüksəlib. 2021-ci ilədək dövriyyəsi davam edəcək olan SOCAR İstiqrazları üzrə qarşıdakı rüblərdə daha 10 dəfə faiz ödənişi ediləcək ki, bunun da müqabilində, istiqraz sahibləri əlavə 12 milyon 500 min dollar qazanmış olacaqlar (toplamda 25 milyon dollar.)
“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, 17 aprel tarixində SOCAR İstiqrazları üzrə 2019-cu ilin ikinci faiz ödənişi həyata keçirildi. Hər istiqraz üçün 12.5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsaitin bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürüldüyü bildirilib.
Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alğı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 172 milyon dolları ötüb və Bakı Fond Birjasında ən çox alınıb–satılan qiymətli kağızdır – 2019-cu ilin ilk rübündə 120-dən çox, ümumilikdə isə 1700 əqd bağlanıb. Hətta böyük tələbat nəticəsində SOCAR İstiqrazlarının market–meyker satış qiyməti 1046 dollara yüksəlmişdir.
1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan və 5 illik müddətə buraxılan SOCAR İstiqrazlarının 17 aprel tarixində ümumi faiz ödənişlərinin artıq yarısı yekunlaşmış oldu.
İstiqrazlar üzrə növbəti faiz ödənişinin 17 iyul tarixində baş tutacağı bildirilib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
SOCAR İstiqrazlarının sahibləri 12.5 milyon dollar qazandı
12:41
17 Aprel 2019