“Türk Hava Yolları” aprelin 22-dən etibarən Ankara-Bakı-Ankara aviareysi üzrə birbaşa uçuşlara başlayacaq.
Aviaşirkətdən FED.az-a verilən məlumata görə, Ankara-Bakı istiqamətində uçuşlar həftənin I, III və V günləri saat 23:45-də, əks istiqamətdə isə II, IV və VI günləri saat 04:30-da yerinə yetiriləcək.
Bununla da “Türk Hava Yolları” aviaşirkəti Türkiyənin üç fərqli şəhərindən Bakıya birbaşa uçuşlar həyata keçirəcək – İstanbul, Ankara və Antalyadan.
Qeyd edək ki, sözügedən marşrut üzrə may ayının sonuna minimal biletin qiyməti 247 manat təşkil edir.