Türk Hava Yolları (THY) 2023-cü ilin iyul ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9% çox olmaqla 8,6 milyon nəfər sərnişin daşıyıb.
Türk Hava Yolları bir ayda 7,4 milyon sərnişin daşıyıb - REKORD
FED.az şirkətə istinadən xəbər verir ki, beynəlxalq reysə daşınan sərnişinlərin say 11,6 faiz artaraq 2,7 milyona çatıb.
2023-cü ilin iyul ayı ərzində daşınan yük/poçt 2022-ci ilin eyni dövründəki 146 min tondan 2,4% azalaraq 142,5 min tona düşüb.
2023-cü ilin 7 ayında (Yanvar-İyul 2023) 2022-ci ilin eyni dövrü ilə müqayisədə daşınan sərnişinlərin sayı 22% artaraq 47,3 milyon nəfərə çatıb.
Beynəlxalq sərnişin daşınması 2022-ci ilin eyni dövründəki 12,3 milyondan 36% artaraq 16,7 milyona çatıb.
Bu dövrdə daşınan yük/poçt 2022-ci ilin eyni dövründəki 965,2 min tondan 7,8% azalaraq 890,3 min tona düşüb.
2023-cü ilin iyul ayının sonuna Şirkətin donanmasında olan təyyarələrin sayı 424 ədəd olub.
Türk Hava Yolları ilin ikinci rübünü 635 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub. İkinci rübdə Şirkətin ümumi gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% artaraq 5,1 milyard ABŞ dollarına çatıb. Qlobal ticarətin yavaşlaması və zəlzələnin təsiri səbəbindən Şirkətin yükdaşıma gəlirləri illik müqayisədə 44% azalaraq 600 milyon ABŞ dollarına düşüb. (Marja)