Türk Hava Yolları 2023-cü ilin May ayında 7,4 milyon sərnişin daşıyıb.
Türk Hava Yolları və BOTAŞ şirkəti satışa çıxarılır? - TÜRKİYƏDƏN RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, şirkətdən daxil olmuş məlumata görə, daşınan sərnişinlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16% artıb. Bu indiyədək qeydə alınmış ən yüksək may göstəricisidir.
Beynəlxalq istiqamətə daşınan sərnişinlərin sayı 2022-ci ilin may ayındakı 1,9 milyondan bu dövrdə 22,2 faiz artaraq 2,3 milyona yüksəlib.
2023-cü ilin may ayı ərzində daşınan yük/poçt 2022-ci ilin eyni dövründəki 144 min tondan 6,6% azalaraq 134,5 min tona düşüb.
Yanvar-May 2023 nəticələrinə görə; 2022-ci ilin eyni dövrü ilə müqayisədə sərnişinlərin sayı 29% artaraq 31 milyona çatıb. Beynəlxalq sərnişin daşınması 2022-ci ilin eyni dövründəki 7,8 milyondan 49% artaraq 11,6 milyona çatıb.
Bu dövrdə daşınan yük/poçt 2022-ci ilin eyni dövründəki 672,8 min tondan 9,6% azalaraq 608,1 min tona düşüb.
2023-cü ilin may ayının sonunda Türk Hava Yollarının donanmasındakı təyyarələrin sayı 417 olub. (Marja)