Böyükşor–Pirşağı avtomobil yolunun uzunluğu 12,7 km və 6 hərəkət zolaqlı olacaq.
“Bakı-Sumqayıt yolunda avtobuslar arasındakı interval 5 dəqiqəyə endiriləcək” - MÜSAHİBƏ
FED.az xəbər verir ki, yeni yol Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədilə çəkiləcək.
Bu gün Prezident İlham Əliyev "Böyükşor–Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sərəncam ilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 4 milyon 700 min manat ayrılıb.
Avtomobil yolunun tikintisinin başa çatdırılması üçün 2024-cü il dövlət büdcəsindən də əlavə vəsait ayrılacaq.