"Xətai-3" Kommersiya İstehsalat Mərkəzinə siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın icraatındadır.
Qeyd edək ki, məhkəmə ilə əlaqəli baxış iclasları 20 və 30 dekabr tarixlərində saat 15:00-da keçirilib. Növbəti baxış iclası 7 yanvar 2024-cü il saat 15:00-da baş tutacaq.