"Buta Farm" MMC-yə əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Dərman vasitələri haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinə görə bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər 1500-2000 manatadək məbləğdə, hüquqi şəxslər 5000-7000 manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Nəsimi Rayon məhkəməsində hakim Elməddin Hüseynovun icraatındadır.
Məhkəmə ilə əlaqəli baxış iclası 24.05.2023, saat 14:10-a təyin edilib.