“Mover” MMC-nin təsisçisi Şəmistanlı Arif Hacı oğlunun ölkədən çıxışına qadağa qoyulur.
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
İşin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır (xüsusi icraat).
İşə Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin təyin edilib.
Şəmistanlı Arif Hacı oğlunun təsisçisi olduğu "Mover" şirkəti 04.12.2015-ci il tarixində 100 manat sərmayə ilə yaradılıb.
05.12.2023 tarixinə əsasən şirkətin vergi borcu 3 805.02 manatdır.