“Baku Electronics” MMC-yə ticarət qaydaları əleyhinə olan (istehlakçının mal (iş, xidmət) haqqında məlumat almaq hüququnun pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinə görə İstehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində satıcı (icraçı) tərəfindən istehlakçıya məlumatın verilməməsinə görə iki yüz manat məbləğində cərimə edilir.
İşə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə baxılacaq.