Maraqlı

Noyabrda özünü xoşbəxt hiss etmək üçün - 13 SƏBƏB

Noyabrda özünü xoşbəxt hiss etmək üçün - 13 SƏBƏB | FED.az
10:50 16 Noy 2018
1. Payız turları üçün ən ideal mövsüm

 
 
Noyabr rəngarəng payız təbiətindən ən çox zövq ala biləcəyiniz aydır, sadəcə bir həftəsonu şəhər mühitindən uzaqlaşıb, meşələrə və dağlara üz tutun. Hiking və ya da daha passiv istirahət forması seçə bilərsiniz. Belə daxili turlar çox tez-tez təşkil olunur.  İstiqamət olaraq, Quba-Qusar, İsmayıllı-Qaəbələ, Şəki-Qax və Lənkəran-Astara seçmək olar. Əmbil, Qaranohur və Göygöl kimi gölləri payızda görmək lazım.
 
Dostlarla birlikdə piknik təşkil edin
 


2. Payız foto-sessiyası 

 
 
Rəngli təbiət – ideal fotolar. Romantik əhvallı foto şəkilllər. Bu noyabrı yadda qalan etmək üçün gözəl bir foto-sessiya etmək olar.
 


3. Qalın corablar, rəngli yun şallar, tökülən qalan sviter və toxunma köynəklər



Öz tərzinizi üzə çıxarın, rahat geyinin, fərqli rənglərə üstünlük verin, çəkinizi gizlədəcək geyimlər çoxdur bu ay, soyuq havada sizi isti saxlayacaq, arzuladığınız rahat geyimləri  geyinmək imkanı var.
 

4. Boranı qutabı



Bəli, qutab mövsümünü açıq elan etmək olar və noyabrın əsas neməti olan, bol vitaminli, günəş enerjisini özündə daşıyan, narıncı rəngli boranı qutablarına qonaq edin özünüzü.


5. Boranı plov

 


Qutabdan danışdıq, amma süfrəmizin bəzəyi olan boranı-plovu yaddan çıxartmayaq.
 


6. “Qara cümə” endirimləri



Black Friday adı ilə tanınan bu endirimlər kompaniyası məhz noyabr ayına tuş gəlir. Fürsətləri qaçırtmayın.
 


7. Sweet november



Sevdiyiniz şəxsi “SWEET Nowember” filmini izləmyə davət edin, həyatın nə qədər qısa olduğunu və hər andan zövq almalı olduğunuzu xatırlayın.
Haşiyə: Bu arada Keanu Reeves və Charlize Theron kimi əfsanəvi aktyorların iştirakı ilə olan bu filmə ayın 24-də, filmin adına uyğun olaraq şirin, soyuq bir Noyabr günündə ingiliscə baxa bilərsiniz. 
 

8. Sitrus bağlarını gəzinti



C vitamini və narıncı rəng axtarışı sizi bu bağlara aparacaq, meyvə yığımında iştirak edin və yerindəcə bu gözəl meyvələrin dadına baxın.
 

9. Dostlarla kofe günləri təşkil edin



Dostlarınızı tez-tez isti şokolad və ya kofe içməyə dəvət edin, birlikdə söhbət edin, onlarla sevincinizi paylaşın.
 


10. Qapalı məkan sərgilərinə qatılın 

Soyuq havalarda Coffee-art sərgilərinə qatıla bilər, müxtəlif tamaşa və konsertlərə gedə bilərsiniz.
 


11. Film, seriya və futbol gecələri

Rəfiqələrinizi başınıza toplayıb, birlikdə filmlərə, futbola və sizin marağınızı çəkən digər proqramlara baxa, sonra isə onları müzakirə edə bilərsiniz.
 

12. Daha çox kitab oxumaq fürsəti

Soyuq havaların dostudur kitablar, belə havalarda təkliyə çəkilib kitab oxumaq şəraiti daha tez-tez yaranır.

 
13. Kamera ilə dostlaşın



Hər an qarşılaşdığınız gözəl mənzərəni çəkmək keçəcək ürəyinizdən. Foto-turlara çıxın, mənzərələrdən zövq almaq ilə yanaşı onları çap edərək, dekorasiya üçün istifadə edə və ya fərlqi özünüzə məxsus açıqcalar düzəldə bilərsiniz.

 
Payız depressiyasını yenmək üçün bəzi tövsiyələr:



1. Yuxudan daha tez durun, çünki hava tez qaralır və sizin daha çox günəş enerjisinə ehtiyacınız olacaq.

2. 
Bolluca C vitamini qəbul edin, rəngli meyvələrə portağal, nar, heyva, boranı, naringiyə üstünlük verin.

3. Gecə yuxusuna diqqət edin, yatmadan öncə kofe və çay tükətməyin, payız ən çox yatmaq istədiyimiz və ən çətin oyandığımız bir mövsümdür və uzun saatlar yatmağımıza rəğmən özümü yorğun hiss etməyə davam edirik və bunun qarşısını yaxşı rejimli yuxu ilə almaq mümkündür.

4. İş masasında və evdə rəngarəngliyə diqqət edin, həyatınıza rəng qatın.

5. Günəş enerjisinin bol olduğu saatlarda mütləq gəzintiyə çıxın.
 


1lady.az
 

 

Digər xəbərlər

Banner