2023-cü ilin I rübündə xarici valyutada əmanət və depozitlərin həcmi 14.1%, cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə 3.3% bəndi azalaraq 41.6% təşkil edib.
Azərbaycana daxil olan pul baratları - 1,8 DƏFƏ ARTIB
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”na istinadən xəbər verir.
Qeyd edək ki, hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı dövrün sonuna 50% təşkil etmişdir ki, bu da ilin əvvəli ilə müqayisədə 2.7% bəndi aşağıdır. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma ilin əvvəlindən 1% bəndi azalaraq 38.2% təşkil edib. Dövr ərzində qeyri-rezident fiziki şəxslərin əmanətləri çıxılmaqla ev təsərrüfatlarının əmanətlərinin dollarlaşması isə 1.1% bəndi azalaraq dövrün sonuna 34.5%-ə enib. (Apa)