"Prezident İlham Əliyevin şəffaflığın yüksəldilməsi istiqamətində tapşırıqlarının icrası olaraq həyata keçirilən tədbirlərin, o cümlədən hesabat və rəylərin məlumatlılığını artırmaqla ictimaiyyətə vaxtında açıqlanması, maraqlı tərəflərlə məhsuldar əməkdaşlıq, xülasələrin hazırlanması və vaxtında çap edilməsi, eyni zamanda bu istiqamətdə digər tədbirlər Açıq Büdcə İndeksi (AİB) üzrə hesabatda fəaliyyətimizin 100 baldan 89 balla qiymətləndirilməsi ilə nəticələnib".
Eləcə də bax: Milli Məclisin iclasında Hesablama Palatasının illik hesabatı - TƏQDİM OLUNUR
FED.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun fəaliyyətinin Beynəlxalq Büdcə Layihəsi üzrə açıqlanmış son hesabatda ali audit orqanı olaraq əvvəlki hesabatla müqayisədə daha yüksək balla qiymətləndirilməsinə münasibət bildirərkən deyib.
"Bu, əvvəlki qiymətləndirmə ilə müqayisədə daha 6 bal irəliləmək deməkdir", - deyə o qeyd edib.
Xatırladaq ki, hesabatda Hesablama Palatasının büdcəyə adekvat nəzarəti təmin etdiyi öz əksini tapıb.