“Mastercard”ın ardınca “Visa” da bir neçə Rusiya bankının ödəniş sisteminə çıxışını bloklayıb”.
FED.az xəbər verir ki, bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodorov teleqram kanalında yazıb.
“Bu o deməkdir ki, sözügedən bankların kartları yalnız Rusiya daxilində işləyəcək. Ölkə xaricində və xarici onlayn-mağazalarda onlardan istifadə etmək mümkün olmayacaq”, - o yazıb.
Xatırladaq ki, daha əvvəl “Mastercard” da analoji addımı atmışdı.
Bundan başqa, “Mastercard” Ukraynaya humanitar yardım göndərilməsi ilə bağlı iş aparır. (Report)