Ukranya Maliyyə Nazirliyi “Mastercard”, “Visa”, “American Express” beynəlxalq ödəniş sistemlərində Rusiya və Belarus banklarını xidmətdən ayırmalarını istəyib.
Eləcə də bax: Avropa Mərkəzi Bankı: “Sberbank”ın Avropadakı törəmə bankları müflis olacaq"
FED.az xəbər verir ki, bunu maliyyə naziri Serhiy Marçenko “Facebook” səhifəsindən paylaşım edib:
“İndicə “Mastercard”, “Visa”, “American Express” şirkətlərinin rəhbərlərinə şəxsən müraciət edib Rusiya və Belarusun bütün banklarına xidmətləri dayandırmağı xahiş etdim. Belə bir vəziyyətdə sanksiyanın artığı-əksiyi ola bilməz. Həmin qərar verilsə, adıçəkilən beynəlxalq ödəniş sistemlərinə aid kartlarla əməliyyatlar mümkünsüz olacaq və kart sahibləri dünya maliyyə sistemindən tədric olunacaq”. (Report)