Vəzifə: Vergi uçotu üzrə aparıcı mütəxəssis
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 2 il
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 25-35
İşin Təsviri: Vergi hesabatlarının tərtib edilməsi.
Vəzifə öhdəlikləri:
- Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
- Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
- Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması;
- Mənfəət və zərər hesabatının tərtib edilməsi;
- Balans hesabatının tərtibi və vahid formatın hazırlanıb təqdim edilməsi;
- Balans maddəsi üzrə digər maddələrin ilkin sənədlərlə yoxlanılması;
- Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılması;
- Debitorlar üzrə qalıqların yoxlanılması;
- Yerli və xarici kreditorlar üzrə daxili hesabatların verilməsi;
- Proqnoz balansının hazırlanması;
- Kassa kitabına, bank əməliyyatlarına və qaimə-fakturalara nəzarət edilməsi;
- Pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi.
Tələblər:
- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
- Komanda ilə işləmə bacarığının olması;
- ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;
- Logo Unity proqram biliyinin olması arzu olunandır.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 6 günlük
Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Vergi uçotu üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edilir.