Fazil Məmmədovun vergilər naziri postundan çıxarılmasından bir həftəyə yaxın vaxt keçir. Bu müddətdə nazirlik sistemində kadr baxımından hələ ki hansısa dəyişikliklər qeydə alınmayıb.
FED.az xəbər verir ki, “Yeni Müsavat”ın bu haqda yaydığı məlumata görə, yeni nazirin kimlərlə işləyəcəyi, kimlərlə yollarını ayıracağı barədə ara-sıra müzakirələr aparılsa da, hələlik ciddi kadr dəyişikliyi həyata keçirilməyib.
Qəzet bildirir ki, sahibkarlarla aparılan söhbət zamanı məlum olub ki, hazırda vergi orqanları ilə bütün münasibətlər dondurulmuş vəziyyətdədir. Hətta Vergilər Nazirliyinin elektron sistemindən belə heç bir ödəyiciyə məktub-bildiriş göndərilməsi dayandırılıb: “Biz, sadəcə, vergilərimizi vaxtında ödəyirik. Deyiblər, ödənişləri ləngitməyin, vəssalam. Hətta 3 gündür vergi departamentinə gedən hamını geri qaytarırlar, əməliyyat aparmaq olmur. Hamı gözləyir, görək, necə olacaq..."
Maraqlıdır ki, bəzi sahibkarlar F.Məmmədovun savadlı, sahəni çox gözəl bilən adam olduğunu, deyirlər. Sahibkarların fikrincə, vergilər nazirinin bir neçə müavini var ki, onlar da sistemlə bağlı məlumatlı olduqları üçün yeni nazirin işini qurmasında çətinliyi olmayacaq/
Vergilər Nazirliyində bütün əməliyyatlar dondurulub
11:10
12 Dek 2017