Bu ilin ilk 5 ayında dövlət büdcəsinə vergilərin xətti ilə 3 milyard 138 milyon manatdan çox vəsit ödənilib. Bu, proqnozdan 10 faiz çoxdur.
FED.az xəbər verir ki, bunu sahibkar gününə həsr olunmuş tədbirdə Vergilər Nazirinin müavini Sahib Ələkbərov bildirib Onun sözlərinə gorə, ötən 5 ayda dövlət sosial müdafiə fonduna 1 milyard manatdan çox vəsait daxil olub. Bu isə proqnozdan 130 milyon manat və ya 14 faiz artıq deməkdir. S.Ələkbərov bildirib ki, hazırda Vergilə Nazirliyində bir sıra istiqamətlər üzərində işlər aparılır. Təkcə səyyar yoxlamaların sayı 2017-ci ilə nisbətən 3 dəfə azaldılıb. Cari ilin ötən 5 ayı ərzində keçən ilin müvafiq dövrü ilə muqayisədə səyyar vergi yoxlamalarının sayı 4 dəfə azalıb. "Bir milyon vergi ödəyicisində 5 ay ərzində cəmi 176 səyyar vergi yoxlaması olub" deyə Sahib Ələsgərov bildirib.
Eləcə də bax: Elektron qaimə faktura ilə rəsmiləşdirilmədə - CİDDİ ARTIM
Vergilər Nazirliyi: Səyyar yoxlamalar 4 dəfə azalıb
11:38
4 İyun 2019