Vergilər Nazirliyində ötən ilin sonundan başlayan kadr dəyişikliyi davam edir. FED.az xəbər verir ki, artıq 12 müşavir yerindən 6-na yeni təyinatlar olub.
Nazir Mikayıl Cabbarovun əmri ilə müşavir təyin olunanların siyahısı hələlik belədir:
Orxan Nəzərli,
Abdulla Tağıyev,
Xaqani Abdullayev,
Camal Qasımov,
Elnur Əliyev.
Eyni zamanda Nazirliyin rəsmi səhifəsindən müavin Namiq Tofik oğlu Əliyevin adı çıxarılıb. Halbuki, bununla bağlı prezident sərəncamı hələ verilməyib. Yəqin ki, yaxın günlərdə ölkə başçısının qərarı açıqlanacaq.
Qeyd edək ki, vergilər nazirinin müavinləri məhz ölkə başçısının sərəncamı ilə təyin olunur və ya vəzifəsindən azad edilir. Vergilər nazirinin 4 müavinindən biri N.Əliyev, prezidentin 20 fevral 2004-cü il, 89 Nömrəli sərəncamı ilə bu vəzifəyə təyin edilib.
Vergilər nazirinin müavinləri ilə bağlı sərəncam gözlənilir
14:29
16 Yan 2018