Xarici valyuta vəsaitlərini xaricdən qaytarmamağa görə cəzaların əhatə dairəsi genişləndirilir.
FED.az xəbər verir ki, bu, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Məcəlləyə əsasən, yalnız təşkilat rəhbərləri xarici valyuta vəsaitlərini qaytarmamaya görə cəzalandırılırdı.
“Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə rezidentlərin xarici valyuta hesabları ilə bağlı tələblər artırılır.
Azərbaycan Mərkəzi Bankı tərəfindən başqa hal müəyyən edilmədikdə rezidentlər əldə etdikləri xarici valyutanı məcburi şəkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidir.
Qeyd edək ki, hər iki qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada keçiriləcək birgə iclasının gündəliyinə daxil edilib.