Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
FED.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 38,5 mln. ABŞ dolları olub və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (30 iyun 2022-ci il tarixində keçirilib – red.) müqayisədə iki dəfədən çox artıb.