AzərbaycanınUkraynadakı Səfirliyinin inzibati binasının təmiri üçün ayrılan pulların necə xərclənməsi ilə bağlı məsələni prokurorluq açıqlayacaq. FED.az xəbər verir ki, bu barədə qərar Hesablama Palatasının kollegiyasının iclasında qəbul edilib.
İclasda qəbul edilən qərara əsasən, dövlət büdcəsindən Azərbaycanın Ukraynadakı Səfirliyinin inzibati binasının əsaslı təmirinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticəsi üzrə materialların Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndəriləcək.
Eləcə də bax: Ünvanlı yardımların necə verildiyi araşdırılır – TOPLANTI
FED.az-ın məlumatına görə, bu araşdırma Ukraynadakı səfirliyimizdə 2007-2010-cu illərdə baş verən hallara aiddir. Həmin vaxt Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev olub.