Hesablama Palatasının növbəti Kollegiya iclasında bir sıra sahələr üzrə həyata keçirilmiş nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub. FED.az-a Palatadan bildirilib ki, nəzarət tədbirləri bu sahələri əhatə edib:
- “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin əldə olunmuş nəticələr baxımından təhlili və 2015-2017-ci illər üzrə qiymətləndirilməsi” mövzusunda təhlilə dair;
Eləcə də bax: Palatanın strukturunda dəyişiklik edilib
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair.
İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmiş, həmçinin cari məsələlərə baxılmışdır.