Türkiyədə qiymət artımının illik səviyyəsi həddi rekord həddə çatıb.
FED.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, ötən ay Türkiyədə illik inflyasiya 17,9% təşkil edib. Bu əvvəlki ayla müqayisədə 2,05 faiz bəndi çoxdur və son 15 il üzrə ən yüksək həddir.
Vəziyyətlə əlaqədar bəyanat verən Türkiyə Mərkəzi Bank qiymətləri sabit saxlamaq üçün bütün tədbirlərin görüləcəyini bəyan edib: "Bu ay keçiriləcək Monetar Siyasət Şurasının iclasında yeni maliyyə siyasəti müəyyən ediləcək".
Xatırladaq ki, Türkiyədə böhran ABŞ prezidenti Donald Trampın qərarı ilə bu ölkədən idxal edilən alminuma vergi tətbiq edilməsindən sonra başlanılıb.