Bir qədər əvvəl Türkiyənin Statistika İdarəsi infliyasiya göstəricilərini açıqlayıb.
FED.az türk mətbuatına istinadən xəbər verir ki, bu ilin oktyabr ayında qonşu ölkədə qiymətlər 2,67%, son 1 ildə isə 25,24% artıb.
Xatırladaq ki, sentyabr ayının yekununda aylıq və illik inflyasiya göstəriciləri müvafiq olraq 6,3% və 24,52% təşkil etmişdi.
Yeni rəqəmlər açıqlandıqdan sonra Türkiyədə ABŞ dollarına tələbat dəyişməyib və Amerika valyutasının məzənnəsi 5,45 lirə ətrafındadır.