Türkiyə hökuməti ölkədə işgüzar aktivliyi canlandırmaq üçün indiyədək görünməmiş şərtlərlə kredit kampaniyasına başlayıb.
Eləcə də bax: Türkiyədə var-dövlət amnistiyası keçirilir – ŞƏRTLƏR
FED.az xəbər verir ki, Türkiyədə ipoteka faizlərinin tarixdə ən aşağı həddə düşməsi ölkədə ipoteka krediti götürərək ev alanların sayını kəskin artırıb. İyunun bir həftəsində – 12-19 iyunda 613 milyon dolar ipoteka kredit verilib, iki həftə ərxində isə bank krkeditlərinin ümumi məbləği 5,3 milyard dollar artıb.
Artımın səbəbi ölkədə yeni, aşağı faizlərlə ipoteka paketlərinin işə düşməsidir. İyunun 1-dən etibarən Türkiyənin 3 dövlət bankı iqtisadi aktivliyi artırmaq üçün 4 paketdən ibarət görünməmiş kredit kampaniyasına başlayıblar. Məqsəd koronavirusdan sonra iqtisadiyyatı dirçəltməkdir.
Beləliklə «Ziraat Bank», «VakıfBank» və «Halkbank» banklarının paketlərinə əsasən, ölkə əhalisi yeni evlərin alınması, avtomobillərin alınması, yerli istehsal olan malların alınması və istirahət üçün xərclərə görə olduqca ucuz faizlərlə kredit götürə bilər. Kreditin faiz dərəcəsi illik uçot dərəcəsi qədərdir, hansı ki, illik inflyasiyadan da aşağıdır.
Belə ki, yeni tikililərin alınması üçün ipoteka kreditini 15 illiyə illik 7,68%-lə götürmək olar, bu zaman ilk 12 ay güzəştli müddətdir, yəni həmin dövrdə faiz ödənilir.
Türkiyə istehsalı olan mebel, elektronika, məişət texnikası, boyalar, ev tekstili, qapı-pəncərə sistemləri və velosiped alanlar isə 5 illik müddətə ümumi məbləği 3-30 min lirə, yəni 440-4400 dollar olan kreditlər götürə bilərlər. Bu kreditlərin illik faiz dərəcəsi 6,6% təşkil edir, ödənişlər isə 6 aydan sonra başlayır.
İşlənmiş minik və kommersiya avtomobillərinin alınması üçün kreditlər isə illik 9,8%-lə verilir.
Türkiyə kurortlarına səyahətə getmək istəyənlərə isə 10 min lirəyə qədər (1500 dollara qədər) kredit veriləcək. Türkiyə vətəndaşları bu kreditləri 36 aylıq müddətə götürə bilərlər, ödənişlər 6 aydan sonra başlayır.
Bu güzəştlər nəticəsində kreditlərin başladığı elə birinci həftə (5-12 iyunda) əhali 122 milyon dollar ipoteka krediti götürüb, ikinci həftə isə bu rəqəm 613 milyon dollara çatıb.
Ümumilikdə əhaldi bütün paketlər üzrə iki həfytəyə 5,3 milyard dollar kredit götürüb. Nəticədə ölkədə bank kreditlərinin ümumi məbləği 290 milyard dollara yüksəlib.