Martın 5-də Türkiyə lirəsi (TL) ABŞ dolları və digər xarici valyutalar qarşısında tarixi minimumunu yeniləməkdə davam edib.
Türkiyə Mərkəzi Bankının rəhbəri inflyasiya ilə mübarizə aparacağına söz verib
FED.az xəbər verir ki, Türkiyədə dollar 31,72 TL, avro isə 34,40 TL səviyyəsinə qədər bahalaşıb. Başqa sözlə, dollar TL qarşısında son bir ayda 4% bahalaşıb. Avroda isə müvafiq olaraq 4,8% bahalaşma müşahidə edilib.
Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 31,40TL, satış üzrə 34,46 TL müəyyən edib.
Türkiyə lirəsi manat qarşısında da rekord şəkildə ucuzlaşmaqda davam edir. Belə ki, Azərbaycan Mərkəzi Bankının martın 5-də açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0538 manat təşkil edir. Başqa sözlə, hazırda 1000 Türkiyə lirəsi 53,8 AZN-ə ticarət edilir. (Apa)