Türkiyə Mərkəzi Bankının yeni rəhbəri Fatih Karahan rəhbəri olduğu qurumun artan inflyasiya ilə mübarizə aparacağını bildirib.
Türkiyə Mərkəzi Bankı faizini - DAHA DA ARTIRDI
FED.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.
"Biz inflyasiya proqnozlarının pisləşməsinə qətiyyən imkan verməyəcəyik", - Karahan deyib.
O qeyd edib ki, tənzimləyicinin qarşısında duran mühüm vəzifə qiymət sabitliyini təmin etməkdir. Eyni zamanda, Karahan vurğulayıb ki, pul siyasəti inflyasiya hədəf səviyyəyə enənə qədər davam edəcək. (Report)