Başa çatmaqda olan həftə Türkiyədə dolların ən sürətli ucuzlaşması ilə yadda qalıb. FED.az xəbər verir ki, sentyabrın 10-dan 14-nə qədər qardaş ölkədə ABŞ dolları sürətli ucuzlaşıb. Həftəni 6,46 lirə ilə başlayan dollar 6,16 lirə ilə başa vurub.
Bunun əsas səbəbi Türkiyə Mərkəzi Bankının faiz yüksəltmək qərarı və onun nəticələri oldu. Mərkəzi Bankın faiz qərarından sonra, dollar 7,03% dəyər itrərək hətta 6,01 lirəyə qədər gerilədi.
Türkiyə prezidentinin Mərkəzi Bankın faiz qərarına qarşı çıxışından sonra dollar yenidən 1,43% bahalaşaraq həftəni 6,16 lirə ilə başa vurdu.
Beləliklə, başa çatmaqda olan həftə ərzində dolların məzənnəsi
10 sentyabr – 6,46 lirə
11 sentyabr – 6,43 lirə
12 sentyabr – 6,34 lirə
13 sentyabr – 6,08 lirə
14 sentyabr – 6,16 lirə
Türkiyədə dolların ən sürətlə ucuzlaşdığı həftə
10:59
15 Sen 2018