Keçən həftə 1.9% dəyər itirən Dollar/TL məzənnəsi yeni həftəyə 5.18 səviyyələrindən başlamışdı.
Bu gün Dollar/TL məzənnəsi, istehlakçı qiymətləri indeksinin Noyabr ayında proqnozdan çox gerilədiyinin açıqlanmasının ardından 5.14 səviyyələrini gördü. Daha sonra məzənnə 1.9 % artımla 5.28 səviyyələrinə qalxdı (Bakı vaxtı ilə 18:30 radələrində).
Analitiklər bildirirlər ki, Türk Lirəsinin yenidən Dollar qarşısında dəyərdən düşməsi Mərkəzi Bankın Dekabr ayında faiz endirəcəyi gözləntiləridir. Türkiyə Mərkəzi Bankı (TCMB) sərt pul siyasəti mövqeyini dəfələrlə xatırlatmasına baxmayaraq bazarda bir aylıq inflyasiya göstəricisi ilə Mərkəzi Bankın faiz endirəcəyinə dair gözləntilər yaranıb.
Türk Lirəsi Noyabr ayını dollar qarşısında 7%-ə yaxın dəyər qazanmaqla başa vurub (marja.az).