Türkiyədə dolların məzənnəsi növbəti rekord həddə çatıb.
FED.az xəbər verir ki, qardaş ölkədə 1 ABŞ dollarının məzənnəsi tarixində ilk dəfə olaraq 6,8 lirəyə çatıb. Gün ərzində dolların məzənnəsi 0,07 lirə və ya 0,88% yüksəlib.
Dollarla yanaşı, Türkiyədə avroda yüksək həddə çatıb – ötən gün avronun məzənnəsi 0,05 lirə və ya 0,62% yüksəlib.
Son bir ayda Türkiyədə dolların məzənnəsi 11,7%, ilin əvvəlindən isə 14,3% yüksəlib. Son bir ildə isə dollar lirə qarşısında 19,5% dəyər qazanıb.