Türkiyədə keçirilən bələdiyyə seçkiləri və iqtidarla müxalifət partiyaları arasında indiyədək görünməyən böyük rəqabət türk lirəsinin məzənnəsinə də təsirini göstərib. FED.az xəbər verir ki, türk lirəsinin məzənnəsi dollar qarışsında zəifləməyə başlayıb. Aprelin 1-ə 5,59 lirə məzənnəsi ilə başlayan ABŞ dolları gün ərzində artıb və artıq 5,70 lirəyə yaxınlaşıb. Gün ərzində dolların bahalaşması 1,8-2,0 arasında dəyişir.
Türkiyə Mərkəzi Seçki Komissiyası (YSK) seçki nəticələrini açıqladıqca dollar/lirə məzənnəsi də dəyişməkdədir.
Eləcə də bax: Ərdoğanın partiyası İstanbulu da uduzur – SON NƏTİCƏLƏR